1445 Sürücü cərimə olunub

  • Space TV
  • 11 Aprel 2020 12:05

Karantin tələblərinin pozulması hallarına qarşı Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində çalışır. Paytaxtın inzibati ərazisinə aid olan küçə və prospektlərdə 50-ə yaxın yoxlama- buraxılma nəzarət məntəqələri,  yəni stasionar postlar qurulub. Həmin postlarda polislər gücləndirilmiş iş saatı ilə işlərini davam etdirir.

Bakı Şəhər Yol Polisi İdarəsinin rəsmisi Vaqif Əsədov bildirdi ki, sürücülərə qoruyucu vasitələrdən istifadə etməklə avtomobilin salonunda 2 nəfərdən artıq sərnişin daşımamaq tövsiyə edilir. Yəni avtomobildə sürücüdən başqa yalnız 2 sərnişin daşına bilər.

Qeyd edək ki, karantin qaydalarını pozduqlarına görə 1445 sürücü  cərimə olunub.

NURLAN OKTAYOĞLU  SPACE TV

Paylaş

 Xəbəriniz olsun