Qubada 14 yaşlı qız dəm qazından zəhərlənib.
Hadisə rayonun İqrıq kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Dilarə Manafova dəm qazından zəhərlənmə diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Yeniyetməyə xəstəxanada tibbi yardım göstərilib.Hazırda onun səhhətində narahatlıq yoxdur. Faktla bağlı araşdırmalar davam etdirilir.
Emin Vaqifoğlu SPACE TV