14 yaşlı oğlanı maşın vurub

  • SpaceTV
  • 28 Noyabr 2019 13:41

Axşam saatlarında yaşadığı Girdəni kəndindəki mağazadan alış-veriş etdikdən sonra evə qayıdan qardaşlardan birini avtomobil vurub. Belə ki, Lənkəran-Boradigah yolunda hərəkətdə olan Fuad Bədəlov “Hyundai” markalı avtomobili ilə yolu keçmək istəyən 14 yaşlı kənd sakini Yunis Quliyevi vurub. Daxili qanaxmaya şübhə diaqnozu ilə xəstəxanaya aparılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq aldığı xəsarətlər ciddi olduğundan Yunis Quliyev qısa müddətdə dünyasını dəyişib. Onun meyiti daxili və xarici müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun