14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurub

  • SpaceTV
  • 5 Oktyabr 2019 15:19

14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub. Xəsarət alanlar həmyaşıdları Aynur Kərimli, Rəqsanə Cəfərli və Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun