14 nəfəri ilan sancıb, İkisi uşaqdır – VİDEO

  • Space TV
  • 21 Avqust 2020 16:12

“İyul –avqust aylarında toksikoloji mərkəzə ilan sancması ilə bağlı 14 nəfər müraciət edib. Onlardan 2-si uşaqdır. Ölüm hadisəsi qeydə alınmayıb”.  Bu barədə Spacetv.az saytına Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.  Onun sözlərinə görə, avqust-sentyabr ayında ilan sancmasıyla bağlı müraciətlərin  artacağı ehtimal olunur: “Karantin yeni başlayanda daha çox insanlar metil  spiritindən zəhərlənirdi.  Son aylarda isə bu rəqəm kəskin sürətdə azalıb. Son 2 ayda cəmi 2 nəfər bu barədə bizə müraciət edib. Bundan başqa 2 nəfər dəm qazından zəhərlənmə ilə bağlı müraciət daxil olub, onların vəziyyəti orta-ağır olub. Onlar da müalicə aldıqdan sonar evə buraxılıblar. Daha 3 nəfər sirkə turşusundan zəhərlənib. Onlardan 2-si qadın, 1-i isə kişi olub. Xəstələr 3 həftəlik müalicədən sonra evə buraxılıb. Dərmanlara olan allergik zəhərlənmə ilə bağlı 8 nəfər müraciət edib”.

Azər Maqsudov hazırda əsas təhlükənin ilan zəhərlənmələri ilə bağlı olduğunu vurğulayıb: “Diqqətimizi önümüzdəki iki ay ilan sanmaları ilə bağlı zəhərlənmələrə yönəltmişik. İlan sancmalarıyla bağlı zərdablarımız var və bütün rayon xəstəxanalarına paylanılıb. Bu zərdablar xəstələrə tam təmannasız şəkildə çatdırılır”.

Paylaş

 Xəbəriniz olsun