Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən qarşıya qoyulan tapşırıqların icrası davam etdirilməkdədir. Göygöl rayonu ərazisində onlar üçün yeni yaşayış binalarının inşasına başlanılıb
Öz daimi yaşayış yerlərini erməni təcavüzü nəticəsində məcburi tərk etmiş soydaşlarımıza ölkə rəhbərinin daimi diqqət və qayğısının daha bir təcəssümü kimi, Kəlbəcərdən olan məcburi köçkünlər üçün Göygöl rayonunda yeni binaların tikisinə start verilib. 1,5 hektar ərazidə aparılan tikinti işləri çərçivəsində ikisi 40 mənzildən, biri isə 50 mənzildən ibarət olmaqla ümumilikdə 130 mənzilli binanın inşaasına başlanılıb.5 mərtəbəli olacaq yeni binaların hazırda dəmir qəlib işləri görülür.
Yeni yaşayış kompleksi beynalxalq standartlara tam cavab verəcək. Başqa sözlə desək dövlətin məcburi köçkülər üçün tiktirdiyi binada hər bir imkanlar yaradılacaq. Üstəlik mənzillər ev sahiblərinə tam təmirli şəkildə təhvil veriləcək.
Binanın inşası yüksək keyfiyyətli və xarici materiallardan istifadə olunmaqla aparılır. Bütün materilların və görülən işin keyfiyyətinə daim nəzarət olunur. Tikintiyə 4 şirkət cəlb olunub. Işlərin sürətlə yekunlaşdırılması üçün 200 nəfərdən artıq işci heyət çalışır.
Zakir Muradov – Göygöl – Space