Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxının Mirikənd kəndindən keçən hissəsində avtomobil qəzası baş verib.
Yolu keçən 13 yaşlı yeniyetməni avtomobil vurub. İsmayılov Rahib Rahim oğlu ağır kəllə-beyn travması aldığı üçün komaya düşüb və Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Space TV Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, xəstəxanaya yerləşdirilən Rahib İsmayılov orda dünyasını dəyişib. Hadisənin yeniyetmə idmana gedərkən baş verdiyi bildirilir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.