13 nəfər zəhərlənib

  • Space TV
  • 16 Dekabr 2019 17:49

Qusar rayon mərkəzi xəstəxanasına 2 fakt üzrə ümumilikdə 13 nəfər müraciət edib. Onlardan 10-u qida, digər 3 nəfər isə dəm qazından zəhərlənib.Qidadan zəhərlənənlərdən 8-i bir ailənin üzüvləridir.Onlar Rayonun Qələcuq kənd sakinləri 56 yaşlı Ağaəfəndi Ağakişiyev, 30 yaşlı Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, 9 yaşlı Lalə, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa Ağakişiyevalardır.Ehtimal olunur ki, onlar göy qutabından zəhərləniblər.

Zəhərlənmə hadisələri bununla bitməyib eyni kəndən daha iki nəfər ər və həyat yoldaşı 30 yaşlı Şıxrəhimova Ceyran Murad qızı və onun həyat yoldaşı 32 yaşlı Şıxrəhimov Vaqif İslaməddin oğlu dəm qazından zəhərlənib.Bundan başqa daha bir nəfər də rayonun Yeni həyat kənd sakini 31 yaşlı Arzu Balabəyova da  dəm qazından zəhərlənib.Bütün zəhərlənən şəxslər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Xəstəxanada müvafiq tibbi yardım göstərildikdən sonra ailə üzvlərinin vəziyyətləri normallaşıb.Xəstəxanadan bildirib ki, zəhərlənənlərin həyatı üçün heç bir təhlükə yoxdur və onlar evə buraxılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun