129 nömrəli məktəb əsaslı təmir olunub

  • SpaceTV
  • 12 Sentyabr 2019 13:14

2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən daha 1 məktəb əsaslı təmir olunub. Paytaxtın Nizami rayonunda yerləşən 1176 yerlik 129 nömrəli məktəb üçün 3 mərtəbəli, 2 korpusdan ibarət yeni tədris  binası tikilib. 40-a yaxın yaşı olan məktəbdə uzun müddət idi ki, şagird sıxlığı yaşandığı üçün bu ilin may ayından təmirə saxlanılmışdı.

Məktəb binasının ilkin layihəsi saxlanmaqla, təhsil ocağının əsas binasında  38 sinif otağı daxil olmaqla, bütün fənn kabinetləri, kitabxana, kompyuter otağı, yeməkxana  akt və idman zalları ilə təhciz olunub. Bundan başqa təhsil ocağı bütün inventar və avadanlıqla da təmin edilib. Həmçinin məktəbin bütün mərtəbələrində  müşahidə kameralarıda quraşdırılıb.

Məktəbin həyətində geniş ərazini əhatə edən idman meydançası və ərazinin relyefi nəzərə alınmaqla yaşıllıq sahəsi də salınıb. Bundan başqa təhsil ocağının dam örtüyü də yenilənib.

Həmçinin məktəbdə 1 ədəd içməli su, 1 ədəd isə yanğın əleyhinə su anbarı, nasosxana quraşdırılıb. Məktəb müasir istilik sistemi ilə də təhciz olunub.

Məlumat üçün bildirək ki, yeni tədris ilində paytaxtda 10- dan artıq məktəbdə şagird və müəllim kontingenti  yeni təmir olunmuş binada təhsilini davam etdirəcək.

Rəşad Vəkiloğlu -Space

Paylaş

 Xəbəriniz olsun