12 yaşlı uşağı avtomobil vurub

  • SpaceTV
  • 21 Noyabr 2019 14:50

Məşqdən çıxıb evə gedən uşağı avtomobil vuraraq öldürdü. Şəhərin Şəhidlər xiyabanı küçəsində, “Su səkkiz” kimi tanınan ərazidə, 12 yaşlı Nihad Kazımzadə yolu keçmək istəyərkən bədbəxt hadisənin qurbanı olub.  Nərimanabad qəsəbə sakini Mirəziz Abıyev idarə etdiyi avtomobillə uşağı vurub. O, yaralını xəstəxanaya çatdırmaq istəsə də, uşaq yolda dünyasını dəyişib. Onun cansız bədəni daxili və xarici müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Rövşən AlmazoğluSPACE TV 

Paylaş

 Xəbəriniz olsun