12 yaşında universitetə qəbul olan uşaq: “40 yaşımda prezident olub…”

  • SpaceTV
  • 30 Oktyabr 2019 13:15

Qanada 12 yaşında universitet imtahanını qazanan Viemens Bamfo adlı uşaq gündəm olub.

SPACE TV xarici mediaya istinadla bildirir ki, Dövlət İdarəetməsi fakültəsində oxuyacaq Bamfonu ibtidai məktəbdən sonra kimya mühəndisi olan atası Robert Bamfo evdə hazırlaşdırıb, orta məktəb və litsey bitirmə imtahanlarından uğurla keçib.

Universitetə də yüksək balla daxil olan Bamfo verdiyi açıqlamada “40 yaşıma prezident olub, Qana bayrağını yüksəklərə qaldırmaq və Qananı Çin, Amerika, İngiltərə və digər dövlətlər kimi müstəqil ölkə halına gətirmək istəyirəm” deyib.

Maddi çətinliklər səbəbi ilə Bamfonu evdə hazırlaşdırdığını deyən ata Robert Bamfo da oğluna lazımlı təhsili verdiyi üçün nəticəyə təəccüblənmədiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun