12 mənzil ailələrə təqdim edilib

  • SpaceTV
  • 12 Noyabr 2019 17:48

Şəhərin Yeni Gəncə yaşayış qəsəbəsində yerləşən mənzillərin açarlarının təqim edilməsi mərasimində bir daha ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığı vurğulanıb, ölkə rəhbərinin xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, torpağımızın bütövlüyü uğrunda sağlamlığını itirən  insanların, müharibə iştirakçılarının  sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.  Belə ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, 626 mənzil təqdim edilib. Bu il isə azı 934 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 246 mənzil artıq sahiblərinə verilib. Beləliklə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6900 mənzil təqdim edilib. Sonra püşk yolu ilə müvafiq mənzillərin hansı ailələrə çatacağı müəyyənləşib və  yeni mənzillərin açarları sahiblərinə təqdim edilib. Yen mənzil alanlar da dövlətimizin qayğısından məmnunluq ifadə ediblər.

Həmçinin əlavə edək ki, ötən il 265 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 600 avtomobilin verilməsi planlaşdırılıb ki, onlardan artıq 427  avtomobil  təqdim edilib. Ümumilikdə, həmin kateqoriyadan olanlara indiyədək 6400 minik avtomobili verilib.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun