12 gün süni tənəffüs aparatında qalan xəstə koronavirusdan sağalaraq evə buraxılıb.

  • SpaceTV
  • 7 İyul 2020 13:37

39 yaşlı Bəhruz Məhərrəmov koronavirusa qalib gələnlərdəndir.Bəhruz Məhərrəmov 12 gün süni nəfəs aparatında qalıb.Ancaq həkimlərimizin sayəsində onun səhhəti qismən yaxşılaşıb və Məhərrəmovu aparatdan ayırıb  müalicəsinə başlayıblar. Artıq o ayaqdadır. Koronavirusdan sağalan pasiyent özünü yaxşı hiss etdiyini və həkimlərin peşəkarlığı sayəsində həyatda qaldığını dedi.

Xəstəni müalicə edənAneztezioloq-Reanimatoloq Xəyal Məmmədov xəstənin klinikaya daxil olan zaman vəziyyətinin ağır olduğunu və hər iki ağ ciyərində total pnevmaniyanın qeydə alındığını dedi.

Həmçinin Həkim Xəyal Məmmədov bildirdi ki,hazırda 4 nəfər süni tənəffüs aparatından ayrılıb, amma həmin aparat vasitəsilə onlara dəstək verilir.Çünki ağciyərlərdə xəstəlik hələ tam aradan qaldırılmayıb. Bu səbəbdən bu xəstələr reanimasiya şöbəsində məhz reanimatoloqların nəzarəti altında olmalıdırlar.

39 yaşlı bir insanın ölümün bir addımlığından dönməsi onun sübutudur ki, heç birimiz  bu xəstəlikdən sığortalanmamışıq. Hətta yanaşı xəstəliyi olmayan,gənc və sağlam insan belə bu virusa yoluxub ağır vəziyyətdə keçirirsə, bu bizim üçün dərs olmalıdır. Sağlam canımızın qeydinə vaxtında qalaq.Bunun şərtləri isə çox sadədir.Maska taxmaq,sosial məsafəni qorumaq və gigiyenik qaydalara əmək etmək.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun