1187 nəfər saxlanıldı

  • SpaceTV
  • 6 Sentyabr 2019 16:43

Etiraz aksiyaları başlayandan bəri Honkonqda saxlanılanların sayı 1187 nəfərə çatıb. Daha əvvəl bildirilmişdi ki, bu ilin iyun ayının əvvəlindən başlayaraq polis genişmiqyaslı etiraz aksiyalarında iştirak edilməsi və bəzi qanunvericilik normalarının pozulması ilə əlaqədar 1117 nəfəri saxlayıb.

İndi iğtişaşlar başlayandan bəri saxlanılanların sayı 1187 nəfərdir. Son həbslər çərşənbə günü baş verib, bunlar 22 və 44 yaş arasında olan dörd nəfər olub. Onlar qanunsuz toplaşmaq, zorakılıq və bədənə xəsarət yetirməkdə ittiham olunur. Çərşənbə günü Honkonqun hökumət başçısı Kerri Lem dinc nümayişlərdən tutmuş küçələrdə şiddətli qarşıdurmalara qədər davam edən etirazlara səbəb olmuş ekstradisiya haqqında qanun layihəsinin tamamilə ləğv olunması barədə qərar elan edib. Lem bildirib ki, qanunverici məclisdəki fasilə başa çatdıqda bütün zəruri prosedurlar işə düşəcək. Etirazçılar öz növbələrində narazı olduqlarını bildirərək, 12 iyun etirazları ilə əlaqədar “iğtişaşlar” termininin ləğvini, əvvəllər həbs edilmiş bütün nümayişçilərin sərbəst buraxılmasını, 12 iyun etiraz aksiyaları zamanı polis hərəkətlərinin müstəqil araşdırılmasını və rayon rəhbərliyi üçün birbaşa ümumi seçkilərin tətbiq olunmasını tələb edibilər.

Paylaş

 Xəbəriniz olsun