115 yaşlı nənə daşınan qutu vasitəsilə səsvermədə iştirak edib.

  • Space TV
  • 10 Fevral 2020 16:30

Cənub bölgəsinin ən yaşlı sakinlərindən olan Lənkəran rayonunun Boladı kəndində 1 əsrdən çoxdur ki, yaşayan Şabikə Axundovadır. Onun adı 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində qeydiyyata alınıb. Uzun illər səsvermədə iştirak edən Şabikə nənə səhhəti ilə əlaqədar məntəqəyə gedə bilmədiyinə görə, bu dəfə evində səs vermək üçün müraciət edib. Bu səbəbdən səyyar seçki qutusu və seçki bülleteni onun yaşadığı ünvana gətirilib. 115 yaşlı nənə məntəqə üzvlərinin nəzarətində öz namizədinə səs verib. Qeyd edək ki, Şabikə  Axundova uzun müddət yerli təsərrüfatda tərəvəzçi, çaybecərən kimi çalışıb. Şabikə nənə növbəti seçkilərdə də iştirak etmək arzusundadı.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun