11 evdən oğurluq edən şəxslər saxlanıldı

  • SpaceTV
  • 18 Yanvar 2020 17:34

Oğurluq etdiyinə görə tutulanş V.Salamovun ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SPACE TV -a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş K.Əsgərovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 10 evdən təmir-tikinti alətləri, hamam aksessuarları, məişət əşyaları, generator, elektrik naqili və elektrik avadanlıqları oğurlaması da müəyyən edilib.

Paylaş

 Xəbəriniz olsun