11 ay öncə dünyaya gəlsədə inkişaf etmədən doğulduğu boyda, çəkidə qalıb.

  • SpaceTV
  • 16 Aprel 2020 14:18

Ötən ilin iyununda Mingəçevirdə dünyaya göz açan Miran Əliyev digər uşaqlar kimi irəli yox, geri gedib. Azyaşlının nənəsi Almaz Əliyeva körpə nəvəsinin günbəgün inkşafdan qalaraq ürək dağlayan görnüşdə olduğunu deyir. Şəhər sakini oğlunun ikinci oğlan övladı olan Miranın doğulandan təxminən 1 ay sonra onda geriləmənin olduğunu hiss ediblər.

Nəvəsi 11 aylıq Miranın sanki yeni doğulmuş uşaq görnüşündə qalmasını hələ doğulmazdan əvvəl ana bətnində yaşanan problemlə bağlı olduğunu deyir. Hazırda nə valideynlərinin nə də nənə, babanın uşağı müalicə etmək üçün vəsaitiləri yoxdu. İmkanlı şəxslərin köməyinə ehtiyac böyükdür.

Qeyd edək ki, Miran Əliyevin böyük qardaşı hazırda 2-ci sinif şagirdir onun hər hansı qüsuru yoxdu.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun