105 ailə köçürülür

  • SpaceTV
  • 10 Oktyabr 2019 16:52

Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək , “Qobu Park-2” yaşayış kompleksində hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdirdilər.

Püşkatma mərasimində iştirak edən məcburi köçkünlər bundan sonra hər cür şəraiti olan, yeni və rahat mənzillərdə yaşayacaqları üçün böyük sevinc hissi keçirdiklərini deyirdilər. Onlar göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər .Qeyd edək ki, təməli ötən ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbədir. Kompleksdə 1,2,3 və 4 otalı olmaqla ümumilikdə 1300 mənzil var.

LALƏ ÜLVİQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun