Avtovağzal yaxınlığında yük maşını 3 avtomobilə çırpılaraq aşdı

  • SpaceTV
  • 31 Oktyabr 2019 11:17

 

Binəqədi rayonunda yük avtomobili qəza törədərək aşıb.

SPACE TV  xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

“SHACMAN” markalı yük avtomobili qəsəbə ərazisində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında hərəkətdə olarkən anidən əyləc sistemində nasazlıq yaranıb. Bu səbəbdən avtomobil işıqforun qırmızı işığından keçib.

Nəticədə yük maşını 3 minik avtomobilinə çırpılaraq aşıb.

Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb, işıqfor zədələnib.

Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş

 Xəbəriniz olsun