103 təcili tibbi yardım TƏBİB-in əlindən alındı – Səhiyyə Nazirliyi də işə qoşuldu

  • Space TV
  • 24 İyun 2020 10:40

“103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və ambulator yardım xidməti müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabelyində olacaq.

SPACE TV  xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, bu, yalnız pandemiya dövrünə aiddir.

R.Əliyeva TƏBİB-in strukturunda bir dəyişikliyin olmadığını da söyləyib.

Qeyd edək ki, “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və poliklinikalar bu ilin əvvəlindən TƏBİB-in tabeliyindədir.

Paylaş

 Xəbəriniz olsun