Artıq 102 zəng xidmətindən istifadə edən vətəndaşlar, şikayət üzrə ərizələrin alınması üçün polisə çağırılmayacaq. Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov yeni əmr imzalayıb. Əmrə əsasən ərizələrin alınması üçün polis özü vətəndaşlara yaxınlaşacaq. Əmrin verilməsində məqsəd isə daxil olmuş məlumatlara baxılması işində operativliyin yüksəldilməsi, xüsusən də vətəndaş məmnunluğunun təmin edilməsidir.
Əvvəlki normativ sənədə əsasən vətəndaşlar polisin qaynar xəttinə zəng vurarkən, ərizələrinin alınması üçün ərazi üzrə polis idarələrinə, bölmələrinə, və ya şöbələrinə dəvət olunurdular. Bu da şikayətçilərin vaxt itkisi ilə üzləşməsinə səbəb olurdu. Belə ki, vətəndaşlar bəzi hallarda ərizə yazmaq üçün çağırıldıqları polis mərkəzlərinə gedə bilmirdilər. Yeni qərara əsasən bundan sonra polis şikayətçilərin ünvanına gələrək ərizəni elə orada alacaqlar.
Orxan Şükür, SPACE TV