102 nəfər xəsarət alıb

  • SpaceTV
  • 11 Sentyabr 2019 13:31

Space TV -nin Xarici mətbuata istinadən verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərindəki məsciddə Aşura günü ilə bağlı keçirilən mərasimdə yaranan izdiham zamanı xəsarət alanların sayı 102 nəfərə çatıb.

Qeyd edilir ki, hadisə zamanı azı 31 nəfər həlak olub. İzdiham İmam Hüseyn məqbərəsinin girişlərindən birində başlayıb. “Məqbərənin girişində bir neçə nəfər büdrəyib və yıxılıb. Arxada gələn kütlə hərəkəti davam etdirib, bəziləri bu vaxt dönərək məqbərənin digər qapısına getməyə çalışıb, nəticədə zəvvarlar bir-birlərinin üstünə yıxılıblar. Daha əvvəl bildirilirdi ki, hadisə piyada körpüsünün çökməsi nəticəsində baş verib. Lakin bu xəbər sonra təkzib edilib.

Paylaş

 Xəbəriniz olsun