102 min yeni əmək müqaviləsi

  • SpaceTV
  • 7 Avqust 2019 16:03

Bu ilin altı ayında 102 min yeni əmək müqaviləsi qeydiyyata alınıb.  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, minimum əmək haqqının növbəti dəfə artması, digər stimullaşdırıcı tədbirlərin, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi və s. həmin göstəricinin bundan sonra da davam edəcəyini deməyə əsas verir.

SPACE.TV– məlumat verir, nazir qeyd edib ki, bu il ərzində əmək haqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb.  Məşğulluq sahəsində aparılan islahatların bir istiqaməti də işsiz və işaxtaranlar üçün mövcud peşə hazırlığı sisteminin müasirləşdirilməsi və Regional Peşə Təhsili Mərkəzləri şəbəkəsinin genişləndirilməsidir. Eyni zamanda, həmin Mərkəzlərin fəaliyyətinin optimallaşdırılması və səmərəli təşkili, bu sahədə idarəçiliyin təkmilləşdirilməsi üçün onların publik hüquqi şəxs kimi formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün işlər aparılır. “Bu ilin əvvəlindən elektron pensiya təyinatına keçilməsi ölkədə ilk proaktiv xidmət kimi mühüm uğurlardandır”deyən  Sahil Babayev  bildirib ki, bu -sistem əvvəlki dövrdə müraciət etmədiyi üçün pensiya təyin olunmamış şəxslərin də pensiya hüququnun reallaşmasına imkan verib, nəticədə bu ilin 6 ayında yaşa görə pensiya təyinatları 67,7 faiz artıb.

Paylaş

 Xəbəriniz olsun