100 yaşını həbsxanada keçirəsi oldu

  • Space TV
  • 7 Mart 2020 11:08

ABŞ-ın Şimali Karolina ştatında qəribə hadisə baş verib.

“Associated Press”in xəbərinə görə, Roksboro sakini 100 yaşını həbsxanada keçirib.

Qocalar evində yaşayan Rut Braynt ölməzdən əvvəl həbsxanaya düşməyi arzu edib.

Ərazi polisi onun bu arzusunu reallaşdırıb. Yaşlı qadın qoluna qandal vurularaq həbsxanaya aparılıb.

Orada bir neçə dəqiqə keçirəndən sonra o, 100 yaşını qeyd etmək və ad günü tortunu yemək üçün yenidən qocalar evinə gətirilib.

Paylaş

 Xəbəriniz olsun