100 min miqrant bu ölkənin sərhədinə hücuma hazırlaşır

  • Space TV
  • 6 Fevral 2020 10:48


Macarıstandan cənubda, Serbiya sərhədi boyunca təqribən 100 min miqrant toplaşıb.

SPACE TV  xəbər verir ki, bunu Macarıstan Baş nazirinin dəftərxanasında dövlət xidmətlərinin işləri üzrə dövlət katibi Bentse Tujon fevralın 5-də M1 telekanalına müsahibəsində təşvişlə bildirib.

Dövlət məmuru deyib ki, cari ilin yanvarında ölkə ərazisinə qanunsuz daxil olmaq üçün 3400 cəhd göstərilib. O, bu yaxınlarda Roske rayonunda belə bir cəhdin qarşısının alındığını bildirərək əlavə edib ki, insident zamanı sərhədçilər sahmanlı və peşəkarcasına hərəkət ediblər.

Tujon onu da bildirib ki, bu yaxınlarda həmin rayonda patrul qüvvələrinin sayı iki dəfə artırılıb və əraziyə helikopterlərdən nəzarət olunur. Tujonun sözlərinə görə, Macarıstan öz sərhədlərini müdafiə etməklə yanaşı, Avropanın da sərhədlərini qoruyur. Aİ sərhədlərin mühafizəsi xərclərinin yalnız cüzi hissəsini öz üzərinə götürür və Macarıstan hökuməti əlavə yardım almaq xahişi ilə Brüsselə müraciət etmək niyyətindədir.

Paylaş

 Xəbəriniz olsun