10 yaşlı qız itkin düşdü

  • Space TV
  • 23 Noyabr 2019 15:55

Rayonun Dondar Quşçu kənd sakini, 10 yaşlı Quliyeva Nərmin Əşrəf qızı itkin düşüb.

Valideynlərinin bildirdiyinə görə, Nərmini sonuncu dəfə atası gödəkcə arxası ilə evə göndərib. Günörta saat 2-4 radələrində azyaşlıdan bir xəbər çıxmayıb. Uşağın yaxınlarının bildirdiyinə görə o icazəsiz evdən heç bir yerə getməyib, sağlamlığında  və əqlində heç bir qüsur olmayıb.

 Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Polis əməkdaşları kənd ərazisinə səfərbər edilib və hər yerdə azyaşlının axtarışları davam etdirilir.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun