10 saat köməksiz qalan insan

  • SpaceTV
  • 9 Sentyabr 2019 14:00

İflic olaraq 10 saat köməksiz vəziyyətdə qalan Mingəçevir sakinin həyatı FHN əməkdaşları tərəfindən xilas edilib.

Hadisə şəhərin Mehdi Hüseyn küçəsi, bina 20, mənzil 7 ünvanında baş verib. Qohumların və qonşuların müraciəti əsasında FHN-in xilasetmə qrupu qapısı bağlı vəziyyətdə olan həmin ünvandakı mənzilə daxil olub. 1955-ci il təvəllüdlü Məmmədov Ramiz Abdulla oğlunu hərəkətsiz və ağır durumda aşkar edib. Dərhal hadisə yerinə Təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.

İlkin müayinə zamanı məlum olub ki, o, qəfil iflic olduğundan heç kəsə xəbər verə bilməyib. 10 saata yaxın köməksiz vəziyyətdə qalan Mingəçevir sakini dərhal xəstəxanaya yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun