10 günə tikilən xəstəxana açıldı

  • Space TV
  • 4 Fevral 2020 10:15

Çinin Uhan şəhərində koronavirus səbəbiylə 10 gün ərzində inşa edilən xəstəxana istifadəyə verilib.

SPACE TV  xəbər verir ki, xəstəxana 1000 yerlikdir. 50 min kvadrat metr ərazidə inşa edilən 2 mərtəbəli binada, 30 təcili yardım şöbəsi var. Xəstəxanın tikintisində 7 min nəfər iştirak edib. Yerli mənbələrin məlumatına görə, xəstəxana lazımi ləvazimatlarla təmin edilib. 1400 həkim cəlb edilib. Virus təhlükəsi aradan qalxandan sonra bina yerlə bir ediləcək.

Paylaş

 Xəbəriniz olsun