1 nəfər xəsarət alıb

  • SpaceTV
  • 17 Avqust 2019 15:43

Bu dəfə İmişlidə avtomobillərin toqquşması bir nəfərin xəsarət alması ilə nəticələnib.

İmişlidə Nəcməddin Savalanov və Nəriman Nərimanov küçələrinin kəsişdiyi yerdə 2 avtomobilin toqquşması nəticəsində  qəza hadisəsi baş verib. Nəticədə Rayonunun Cəfərli kənd sakini Rövşən Mirzəli oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Təyyar Nəsirli

Paylaş

 Xəbəriniz olsun