Space TV -nin bölgə müxbiri məlumat verir ki, Neftçala rayonunda ildırım vurması baş verib. Məlumata görə, çöldə mal -qara otaran çobanları ildirim vurub.
Neftçala rayon xəstəxanasına yerləşdirilən çoban, Şamaxı sakini, 1990-cı il təvəllüdlü Abdullayev Tural Təvəkkül oğlunun vəziyyəti ağırlaşdığından Bakıda yerləşən 1 saylı şəhər xəstəxanasına gətirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, ildırım vuran digər çoban, 1991-ci il təvəllüdlü, Şamaxı sakini Gərayov Vaqif Azər oğlu xəstəxanada dünyasını dəyişib O, Tatarməhlədə qoyunçuluqla məşğul olurdu.