Valideynlər sevinclidilər şagirdlər isə həyəcanlı. Biri evdən gətirdiyi yeməyini yeyir, digəri isə sinif yoldaşları əvəzinə parta arxasında anasını əyləşdirib. Ağlayan kim,adını bilmədiyi sinif yoldaşı ilə dalaşan kim, hələ illərdir öyrəncəli olmadıqları saatda ilk dəfə olaraq yuxudan qalxıb məktəbə gəldiklərinə görə parta arxasında yatan kim…
Bu gün ölkə üzrə bütün təhsil ocaqlarında olduğu kimi paytaxt məktəblərində də bilik günü qeyd olunurdu. Paytaxtın Xəzər rayonunda fəaliyyət göstərən 183 saylı orta məktəbdə bu günə xüsusi hazırlaşmışdılar.Çıxış edən qonaqlar yolu məktəbdən ilk dəfə keçən 1-ciləri təbrik edərək onlara uğurlar arzu etdilər.
Paytaxtın Suraxanı rayonunda fəaliyyət göstərən 101 saylı orta məktəbdə də bilik günü qeyd olundu. Şagirdlərini yenicə istifadəyə verilmiş və bütün lazimi avadanlıqlarla təhciz olunmuş məktəbdə qarşılayan məktəb direktoru Səidə Məmmədova 1-ciləri təbrik edərək onlara 11 illik məktəb həyatında uğurlar arzu etdi.
16 sentyabr bilik günü paytaxtın Bülbülə qəsəbəsində fəaliyyət göstərən Nəriman Həmidov adına 208 saylı orta məktəbdə də qeyd olundu.
Bildirildi ki, son illər təhsilə olan qayğı və diqqətin nəticəsidir ki, bu gun ölkənin ən ucqar bölgələrində belə ən müasir və tam texniki təhziatı olan məktəblər tikilərək şagirdlərin ixtiyarına verilib. O, cümlədən 1 əsrə yaxın yaşı olan 208 saylı məktəb də bu il əsaslı təmir olunaraq yeni dərs ilində şagird və müəllim kollektivinin istifadəsinə verilib.
Qeyd edək ki, yeni dərs ilində Bakı şəhər üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 318 məktəbdə 414 min 844 şagird təhsil alacaq ki, bunlardan da 48 mindən artıq şagird 1-ci sinifdə oxuyacaq.
Rəşad Vəkiloğlu –Space