0:9 hesabı ilə uduzan komanda bir günlük maaşını xeyriyyə fonduna köçürəcək

  • SpaceTV
  • 28 Oktyabr 2019 12:50

İngiltərənin “Sauthempton” klubunun məşqçi və futbolçu heyətinin maaşlarının bir hissəsi xeyriyyə fonduna köçürüləcək.

SPACE TV xəbər verir ki, bu barədə qərar Premyer Liqanın X turunda “Lester”ə 0:9 hesablı məğlubiyyətdən sonra verilib.

Vəsait Müqəddəslər Fonduna köçürüləcək. Komanda üzvləri bu məqsədlə bir günlük maaşlarından keçəcək. Onlar matçın baş tutduğu oktyabrın 25-i üçün pul almamağa qərar veriblər.

Qeyd edək ki, “Lester”in 9:0 hesablı qələbəsi İngiltərə çempionatlarının tarixində yüksək dəstələrdə ən fərqli səfər qalibiyyəti olub. “Sauthempton” isə öz tarixində ən ağır məğlubiyyətə üzülüb.

Paylaş

 Xəbəriniz olsun