​Bakının əsas küçə və prospektlərində dezinfeksiya işləri aparılır

  • Space TV
  • 2 May 2020 10:16

Bakının əsas küçə və prospektlərində dezinfeksiya işləri aparılır.

SPACE TV xəbər verir ki, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Qeyd edək ki, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Paylaş

 Xəbəriniz olsun