Əyləncə mərkəzində attraksion qırıldı: Çox sayda yaralı

  • SpaceTV
  • 2 Dekabr 2019 11:44

Taylandda, Lepburi parkındakı əyləncə mərkəzində attraksionlardan birində metal qoruyucunun sıradan çıxması nəticəsində altı nəfər xəsarət alıb. Baş verən anların dəhşətli görüntüsü şahidlər tərəfindən qeydə alınıb.

SPACE TV bildirir ki, bu barədə “Daily Mail” xəbər verib.

Kadrlardan görünür ki, attraksion işə düşəndən az sonra metal qoruyucu yerindən qopur və onun arxasında əyləşən uşaqlar yerə yıxılır.

Hadisə yerinə dərhal təcili yardım maşınları cəlb olunur, yaralılar xəstəxanaya yerləşdirilir.

Polis baş verənlərə görə istintaqa başlayıb.

Paylaş

 Xəbəriniz olsun