Əyilmiş onurğası ürəyini sıxan 14 yaşlı Aylinin sizin köməyinizə ehtiyacı var – FOTO

  • Space TV
  • 17 Dekabr 2020 14:04

Bakı sakini, 14 yaşlı Aylin Bayramova uzun müddətdir yeriməkdə çətinlik çəkir. Dördüncü dərəcə skoliozla əlaqədar olaraq əyilmiş onurğa qızın döş qəfəsinə təzyiq göstərir, ağciyərləri və ürəyi sıxaraq nəfəs darlığına səbəb olur.

Aylinin təcili əməliyyata ehtiyacı var, bunun üçün isə ailənin kifayət qədər vəsaiti yoxdur.

Onun anası, psixoloq Gülnarə Kadırova Media.Az-a müraciət edib.

Onun sözlərinə görə, 14 min dollar onun üçün çox böyük məbləğdir, çünki boşandıqdan sonra iki qızını tək böyüdür. Bundan əlavə, reabilitasiya, yola və yaşayışa əlavə vəsait tələb olunur. Ailənin maddi vəziyyəti uzun sürən karantinlə əlaqədar daha da ağırlaşıb və bu da lazımi miqdarda kredit götürməyə imkan verməyib. Qadın ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bu məbləği ödəyə biləcəyinə əmin olmayıb.

G. Kadırova Aylinin uşaqlıqdan xəstə olduğunu deyib. Belə ki, qeysəriyyə əməliyyatı ilə doğuş zamanı göbək ciyəsi üç dəfə uşağın boğazına dolanaraq uşaqlıqdaxili fetal hipoksiyaya səbəb olub.

Aylinə beyin funksiyasının pozulması- ensefalopatiya diaqnozu qoyulub.O, çox zəif halda, kəllədaxili təzyiqlə dünyaya gəlib. Dörd yaşına qədər mütəmadi olaraq nevropatoloq nəzarətində olub və müalicə edilib. Qızın intellektual problemi olmayıb, ancaq xəstəlik onun fiziki inkişafına təsir edib.

“Aylinin kürəyində olan problemlər 11 yaşında, əzələ toxumasının sümüyə davam gətirə bilmədiyi aktiv böyümə dövründə başladı. Vaxt keçdikcə o, düzgün gəzməməyə başladı, bundan sonra reabilitasiya həkiminə müraciət etdik. Rentgen nəticəsi onurğa sütununun 29 dərəcə əyriliyini göstərdi. Alınan nəticə ilə travmatoloqa müraciət etdik. Həkim əməliyyat üçün israr etməyə başladı, amma mən təəssüf ki, heç bir təsiri olmayan konservativ metodları sınamağa qərar verdim. Üstəlik, 13 yaşında onurğanın əyriliyi 45 dərəcəyə çatdı. Və bu, yeganə müalicə metodu əməliyyat olan skoliozun dördüncü mərhələsinin başlanğıcıdır”, – deyir, G.Kadırova.

“Aylinin skoliozu elədir ki, həm döş qəfəsində, həm də onurğasında əyrilik var. Bu da onun ağ ciyərlərini və ürəyini sıxır, bu səbəbdən uzun müddət gəzə bilmir, nəfəs darlığı başlayır. Bu, daxili orqanların işinin pozulmasına səbəb olur. Aylinə yalnız cərrahi müdaxilə kömək edə bilər, əməliyyat nəticəsində yerləşdirilən metal onurğanı daha çox əyrilikdən qoruyacaq. Laqeyd olmayan, səxavətli insanların hamısından bu məbləği toplamağımıza kömək etmələrini xahiş edirəm”, – G.Kadırova bildirib.

Aylinə kömək etmək istəyənlər aşağıdakı bank hesablarına pul köçürə bilərlər.

4127 2093 0917 1574 AZN Azərbaycan Beynalxalq Bankı

Manat hesabı

4127 2093 0357 3544 USD Azərbaycan Beynəlxalq Bankı

Dollar hesabı

Paylaş

 Xəbəriniz olsun