SPACE.TV-məlumat verir ki, Bakıxanov qəsəbəsində 42 yaşlı Fədai Atakişiyev idarə etdiyi avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 30 yaşlı Ramidə Atakişiyevanı vurub. Daha sonra isə avtomobildən düşərək, əvvəlcə Ramidə Atakişiyevanı bıçaqlayıb, sonra onun anası Narın Ağayevaya da bıçaqla xəsarət yetirib. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və dərhal əməliyyat edilib. İlkin məlumatlara görə, hadisə qısqanclıq zəmnində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Nurlan Piriyev – SPACE