Əvəzsiz qida mənbəyi

  • SpaceTV
  • 12 Sentyabr 2019 14:04

Fərdi təsərrüfatlarda becərilən müxtəlif meyvə və bitkilər mövsümünə uyğun yığılır və müxtəlif məqsədlər üçün istifadə olunur. Bəzi meyvələrin bir hissəsi yay-payız aylarında bağlardan dərilib saxlanıldığı halda, bəzi hissəsi satışa çıxarılır. Əsasən meşəətrafı kəndlərdə yaşayan sakinlər isə əkib-becərdikləri bitki və meyvələrlə yanaşı, həmin meşə ərazisində yetişən yabanı meyvələrdən də həm qida kimi, həm də xalq təbabətində istifadə edirlər.

 Təbiətin bəxş etdiyi gözəlliklərdən illərdir yararlanan Gülnaz nənə kimi… Bu yerləri əlinin içi kimi tanıyan Gülnaz nənə deyir ki, meşədə yetişən cır meyvələrdən alma, armud, bitkilərdən qaragilə, kəklikotu, itburnu və digərlərinin hər biri öz mövsümündə dərilir. Yığılanlardan qurudulub saxlanılanlar da olur, şirələrin hazırlanmasında istifadə edilənlər də.

Müsahiblərimiz xüsusilə qeyd edir ki,  dağlarda bitən bu bitkilər, meyvələr daha təbiidir. Ona görə də rahatlıqla istifadə edə bilirlər. Digər tərəfdən insan orqanizminə xeyirli olan meyvələr bir çox xəstəliyin müalicəsində istifadə olunur. 

Meyvələrin vaxtı ötməməlidir, vaxtında yığılması da əsas şərt hesab olunur. Bunun üçün meşə ərazisinə yaxşı bələd olmaq lazımdır. Elə ona görə də istənilən meyvə və ya bitkini tapmaq da rahat olur.

Rövşən Almazoğlu Space Lerik

Paylaş

 Xəbəriniz olsun