Ətin ən zərərli növləri açıqlanıb

  • SpaceTV
  • 3 Oktyabr 2019 15:38

İnsan orqanizminin ən çətin həzm etdiyi ət növləri qaz, ördək, həmçinin, quzu və donuz ətidir. 

SPACE TV  xəbər verir ki, bununla bağlı dietoloq Marina Vaulina danışıb. 

Mütəxəssisin fikrincə, burada ət məhsullarının bişirilməsi üsulu da böyük əhəmiyyətə malikdir. O, buxarda, pəhriz üsulunda və tərəvəzlərlə bişirlən ətin daha yaxşı həzm olunduğunu bildirib.

Mütəxəssis yemək rasionuna toyuq, hinduşka və dovşan ətinin əlavə edilməsini məsləhət görüb. Vaulina, həmçinin, əti bişirərkən əlavə olunan müxtəlif növ duzlu ədviyyatları qatıq, soya sousu və limonla əvəzləməyi təklif edib.

Paylaş

 Xəbəriniz olsun