Ət satışı ƏDV–dən azad edilir

  • SpaceTV
  • 23 Oktyabr 2019 16:30

Hazırda mal ətinin qiyməti kiloqramı 11 manat 50 qəpik, qoyun ətininki isə 13 manat 50 qəpikdir. Gələn ilin əvvəlindən heyvan satışına tətbiq edilən ƏDV ləğv olunduqdan  sonra  ətin də  qiymətinin  ucuzlaşacağı  gözləniləndir

Eyni zamanda yeni ildən quş ətinin satışının “ƏDV”-dən azad edilməsi müddəti də artırılır.Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı  2017-ci il yanvarın 1-dən 3 il müddətinə “ƏDV”-dən azad edilib.Yeni qaydalara görə bu müddətin  əlavə olaraq 4 il uzadılması nəzərdə tutulur. Satıcılar bildirirlər ki, “ƏDV”-nin ləğvindən sonra  mal ətinin də  qiyməti  xeyli ucuzlaşacaq

Dəyişikliklər nəzərdə tutulan qanun layihəsinin müddəaları yalnız satışa çıxarılacaq  heyvanlara tətbiq olunacaq. Yəni, bu qanun kəsilmiş və dondurulmuş ətlərə şamil olunmur. Xatırladaq ki, hazırda ölkəmizdə heyvan satışına tətbiq olunan  “ƏDV” 2 faiz təşkil edir.

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun