Əsrlərin yadigarı

  • SpaceTV
  • 15 Oktyabr 2019 15:11

Çağanaq, qoşqa rübab, qopuz, bas tar və s. Burada sadalanan qədim alətlərdən ibarət ansambılda fəaliyyət göstərir. Görüntülər Goranboyun Düzqışlaq kəndində yerləşən uşaq musiqi məktəbində lentə alınıb. Bir çoxlarımızın adını ilk dəfə eşitdiyi qədim alətlərdən təşkil olunan ansambıl 24 il öncə fəaliyyətə başlayıb.

Müasir kamança ,tar və digər alətlərin əcdadı hesab edilən çağanaq,qoşqa rübab, qopuzu ifa etmək şagirdlər üçün daha maraqlı gəlir. Alətlərdən ən qədimi olan çağanaqdır ki, həmin musiqi aləti həm səsi, həm görünüşü ilə daha çox diqqət çəkir.

Bölgədə yalnız Goranboyda fəaliyyət göstərən qədim alətlər ansambılına maraq böyükdü. Valideynlər məktəbdə tar,saz, kamança ilə yanaşı övladlarının çağanaq, qopuz, qoşqa rübabı ifa etməsini də istəyirlər.Qədim alətlər ansamblında unudulmaqda olan mahnılara daha çox üstünlük verilir.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun