“Əsrin müqaviləsi” -25

  • SpaceTV
  • 18 Sentyabr 2019 17:06

XX əsrin son onillyinin ən möhtəşəm layihələrindən biri olan əsrin müqaviləsinin 25 illiyinə həsr olunmuş tədbir baş tutub.

Sentyabrın 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokundan 492 mln. ton neft hasil edilib. Bu barədə  ARDNŞ-nin birinci vitse prezidenti Xoşbəxt Yusifzadə  “Əsrin müqaviləsi”: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” movzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı məlumat verdi. Birinci vitse prezident bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatlarının olduğunu söylədi.

“XX əsrin son onillyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu. Bu müqavilənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin iradəsi sayəsində mümkün olub”.  Bu sözləri də YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov  deyib.

1994-cü il sentyabrın 20-də Bakıda  Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan “məhsulun pay bölgüsü” tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanıb, təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunub. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti  iştirak edib.

Nərgiz Ərəstunqızı Space

Paylaş

 Xəbəriniz olsun