“Əsgərə salam” adlı fləşmob keçirilib

  • Space TV
  • 30 Yanvar 2020 16:56

Ağdamda qarşıdan gələn Gənclər günü münasibəti ilə fləşmob və gənc əsgərlərlə görüş keçirilib.

Kütləvi tədbirdə 1200 nəfər yerli gənc iştirak edib.  Tədbirin iştirakçıları tərəfindən hərbi salam verən əsgər siluetindən və “Əsgərə salam” sözlərindən ibarət fləşmob nümayiş etdirilib.

Fləşmobdan sonra rayon ərazisindəki hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak ediblər.  

Eyni zamanda, “Əsgərə salam” aksiyası çərçivəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər tərəfindən Azərbaycan əsgərinə ünvanlanmış istək və arzuların əks olunduğu xüsusi qeyd kitabşası hərbi hissəyə hədiyyə olunub.  

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun