Ərzaq dükanında narkotik saxlayan Lənkəran sakini tutuldu – FOTO

  • Space TV
  • 15 Fevral 2021 12:11

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ərzaq dükanında narkotik saxlayan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini Elçin Qasımov narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb. 

Üzərinə keçirilən baxış zamanı 3 kibrit qutusunda çəkisi 14 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Qasımova məxsus Lənkəran şəhəri ərazisində yerləşən ərzaq mağazasına keçirilən baxış zamanı oradan 70 ədəd kibrit qutusunda və üç ədəd bağlamada ümumilikdə 1 kiloqram 780 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun