Əri döyən qadın xəstəxanaya yerləşdirilib

  • Space TV
  • 25 Oktyabr 2019 14:31

Şəmkir sakini keçmiş əri və öz bacısı tərəfindən döyülüb. Hadisə rayonun Alabaşlı kəndində qeydə alınıb. 1966-cı il təvəllüdlü Gülnarə Binnət qızı Bürcəliyeva bədəninin müxtəlif yerlərinin travmaları diaqnozu ilə Gəncədəki Təcili Tibbi Yardım Xəstəxanasına  gətirilib.

İlkin məlumatlara görə, boşanmasına baxmayaraq qadın keçmiş əri və öz doğma bacısı ilə bir evdə qalır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun