Ərdoğanla Tramp Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi müzakirə edib

  • Space TV
  • 27 Avqust 2020 10:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Spacetv.az “İnterfax” agentliyinə istinadən məlumat verir ki, dövlət başçıları ikitərəfli əlaqələri, regionda baş verən hadisələri və Şərqi Aralıq dənizindəki böhran müzakirə ediblər.

R.T. Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki vəziyyəti gərginləşdirməkdə maraqlı tərəf olmadığını vurğulayıb.

Xatırladaq ki, Türkiyənin Aralıq dənizinə “Oruc Rəis” seysmik tədqiqat gəmisinin göndərilməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb.

Paylaş

 Xəbəriniz olsun