Ərdoğanın Moskvaya səfəri başladı

  • Space TV
  • 5 Mart 2020 15:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Moskvadadır.

SPACE TV xəbər verir ki, Türkiyə lideri rusiyalı həmkarı Vladimir Putinlə Suriyanın İdlib əyalətindəki vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, Türkiyə heyətində ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da təmsil olunur.

Paylaş

 Xəbəriniz olsun