Ərdoğanın Azərbaycana səfərinin tarixi bilindi

  • SpaceTV
  • 21 Fevral 2020 14:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix bəlli olub.

Türkiyə mətbuatının məlumatına görə, bu barədə Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın açıqlama verib.

Onun sözlərinə görə, prezident R.T.Ərdoğanın Azərbaycana səfəri fevralın 25-də baş tutacaq.

Ölkəmizə bir günlük səfər edəcək R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.

Paylaş

 Xəbəriniz olsun