Ərdoğanı koronavirusdan belə QORUDULAR

  • Space TV
  • 11 Mart 2020 16:48

Dünyanın bir çox ölkəsində yayılan koronavirus, uzun bir müddət Türkiyədə aşkar edilməsə də son saatlarda Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca Türkiyədə ilk koronavirus faktının olduğunu təsdiqlədi.

SPACE TV xəbər verir ki, məsələ ilə bağlı TBMM fraksiyasının iclasında Prezident Rəcəb Təyyib Ərdoğan açıqlama verib.

Ərdoğan bildirib ki, koronavirusa tutulan vətəndaşın vəziyyəti yaxşıdır. Bu virusun Türkiyədə aşkar edilməsindən sonra Ərdoğanın çevrəsində güvənlik səviyyəsi ən yüksək səviyəyə çatdırılıb. Türkiyə Prezidenti iclasda termal kameralardan istifadə edən dəstə tərəfindən izlənilib.

Ərdoğana yaxınlaşan hər kəs bədən temperaturunu ölçən xüsusi termal kameralarla yoxlanılıb.

Paylaş

 Xəbəriniz olsun