Ərdoğandan Rusiyaya xəbərdarlıq: “Həmsöhbətimiz siz deyilsiniz…”

  • Space TV
  • 3 Fevral 2020 16:42

“Hazırda əməliyyat davam edir. Müəyyən edilən 40 yaxın nöqtə əməliyyat hədəfləri arasındadır. İlk məlumatlara görə, qarşı tərəfdən həmin dəstənin içindəki 30 və ya 35 suriyalı zərərsizləşdirilib”.

“Hürriyet” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

“Ancaq nöqtə qoymaq olmaz, əməliyyat eyni şəkildə davam edir. Xüsusilə, Rusiya rəsmilərinə də demək istəyirəm ki, burada həmsöhbətimiz siz deyilsiniz, tamamilə rejimdir, qarşımızı kəsmək kimi bir vəziyyətdən söhbət getməsin. Çünki burada biz şəhid verərkən bunlara qarşı səssiz qalmağımız mümkün deyil”.

O sonra qeyd edib ki, hazırda F-16-larımız da daxil olmaqla, “Fırtına” haubitsalarımız, toplarımız hamısı ərazidədir və MİT-in müəyyən etdiyi nöqtələri atəş altında saxlayır.

Paylaş

 Xəbəriniz olsun