Ərdoğandan ”Putin Ərdoğanı qapıda gözlətdi” görüntüsünə reaksiya – Putinin görüntüləri də paylaşıldı

  • Space TV
  • 10 Mart 2020 15:58

Prezident Rəcəb Tayyib Ərdoğanın Putini qapıda gözləməsi ilə bağlı videoya Türkiyə prezidenti açıqlama verib.

SPACE TV  xəbər verir ki, Brüsselə qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğana jurnalistlərdən biri bu barədə sual ünvanlayıb. Ərdoğan, “hər ölkənin mediasında təəssüf ki, bu cür düşüncəsiz xəbərlər yer ala bilir. Ancaq Türkiyə və Rusiya əlaqələri bu cür medianın yönləndirilmələrinə qurban edilə bilməz. Dostlarımız mövzu ilə əlaqədar bütün həmsöhbətləri ilə görüşdülər. Əslində, media ilə görüşəcəyimiz otaq Putinin iş otağının bir ucundadır, digər tərəfdən isə biz gəlirik. Görüş nöqtəsi kimi ortada, o sona çatana qədər görüşürük və olduğu yerdən ayrılırıq. Digərləri buradan zərərli nəticələr çıxarmağa cəhd edirlər. Cənab Putin bizi maşınla yola saldı. Əlbəttə ki, niyyət pis olduqda, onu yazmırlar, göstərmirlər.” deyə cavab verib.

Sosial şəbəkələrdə isə həmin görüşlə bağlı ikinci bir video da yayılıb.Qeyd olunur ki, hər iki lider medianın hazırlanması üçün ayrı-ayrı otaqlarda gözləməli olublar.

 

Paylaş

 Xəbəriniz olsun